Modern.az

Müdafiə Nazirliyi: “Cəhbə xəttində vəziyyət gərginləşib”

Müdafiə Nazirliyi: “Cəhbə xəttində vəziyyət gərginləşib”

Aktual

25 Aprel 2012, 10:03

Cəbhə xəttində dünən gərgin anlar yaşanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri aprelin 24-də saat 10.55-dən 11.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21.40-dan 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 18.00-dan 18.20-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.00-dan 19.25-dək və 20.05-dən 20.10-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.20-dən 14.40-dək, 14.30-dan 14.40-dək, 14.40-dan 14.50-dək, aprelin 25-də saat 01.50-dən 02.00-dək və 06.00-dan 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.50-dən 00.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır