Modern.az

ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı

ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı

Qarabağ

9 Aprel 2020, 20:27

ATƏT PA-nın Bürosu Dağlıq Qarabağda keçirilən “seçkiləri” qeyri-qanuni və ictimai sağlamlığa təhlükə adlandırdı!

Modern.az  xəbər verir ki, bu barədə bu gün ATƏT Parlament Assambleyasının yaydığı açıqlamada qeyd olunur.

ATƏT PA-nın vitse-prezidenti və büro üzvü Azay Quliyev qurumun qəbul etdiyi qərarla bağlı ətraflı məlumat verib.

"Mən hesab edirəm ki, ATƏT PA-nın rəsmi press-relizində Dağlıq Qarabağdakı qanunsuz seçkilərə ilk və açıq mövqe sərgiləyərək onu qeyri-legitim adlandırması siyasi baxımdan çox mühüm məsələdir və qurumun gələcəkdə qəbul edəcəyi qərarlar üçün yaxşı bazadır.


Bu bir daha onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti heç bir perspektivə malik deyil və beynəlxalq ictimaiyyət təcavüzkar ölkənin bu cür destruktiv fəaliyyətini qətiyyətlə rədd edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir