Modern.az

Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar

Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar

9 Aprel 2020, 20:44

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.

Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı