Modern.az

Qənirə Paşayeva Mərakeşin xarici işlər naziri ilə görüşüb

Qənirə Paşayeva Mərakeşin xarici işlər naziri ilə görüşüb

25 Aprel 2012, 12:20

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Strasburqda Mərakeşin xarici işlər naziri Saad Dine El Otmani ilə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva Saad Dine El Otmaninin AŞPA-dakı çıxışının millət vəkilləri tərəfindən yüksək səviyyədə qarşılandığını, Mərakeşin uğurlarına dost Azərbaycanın hər zaman sevindiyini söyləyib.

O bildirib ki, Avropa Şurasının üzvü kimi Azərbaycan Avropa Şurası ilə Mərakeş arasında əməkdaşlığın getdikcə daha da artmasını dəstəkləyir və alqışlayır. Qənirə Paşayeva qeyd edib ki, AŞPA-nın üzvü kimi Azərbaycan AŞ ilə Mərakeş arasında əməkdaşlığın daha da genişlənməsi üçün əlindən gələn dəstəyi təşkilat çərçivəsində əsirgəmir. Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında Parlamentlərarası münasibətlərin daha da inkişafının vacibliyinə toxunub və Azərbaycan Milli Məclisinin Mərakeşlə əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyi nəzərə çatdırıb. Görüş zamanı beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyi də müzakirə olunub. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları barədə də danışıb, Mərakeşin bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını vurğulayıb. O, Saad Dine El Otmanini yaxın zamanlarda Azərbaycanda görməkdən məmnun olacağını bildirib.

Mərakeşin xarici işlər naziri Saad Dine El Otmani də Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və əməkdaşlığın getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini söyləyib. Azərbaycanı dost ölkə adlandıran nazir Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının toplantısının yaxın aylarda Azərbaycanda keçiriləcəyini bildirərək bu addımların iki ölkə arasında əməkdaşlığa böyük təkan verəcəyini dilə gətirib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Mərakeşin xarici işlər naziri beynəlxalq təşkilatlar çərçivəsində o cümlədən AŞ PA çərçivəsində əməkdaşlığın daha da genişlənməsini önəmli sayıb. Yaxın aylarda Azərbaycana səfər edəcəyini bildirən Saad Dine El Otmani bütün istiqamətlərdə Azərbaycan-Mərakeş əməkdaşlığının bundan sonra daha surətlə inkişafı üçün iki ölkənin rəhbərliyinin fəaliyyətinin özünün müsbət nəticələrini artıq göstərdiyini vurğulayıb. Eyni zamanda bu əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna diqqət çəkərək qarşılıqlı səfərlərin və işbirliyinin artmasını zəruri hesab edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?