Modern.az

Hər 45 saniyədə bir uşağı öldürən xəstəlik

Hər 45 saniyədə bir uşağı öldürən xəstəlik

25 Aprel 2012, 12:54

BMT baş katibi dünya ölkələrini malyariya ilə mübarizəni gücləndirməyə çağırıb. Müraciətdə deyilir:

Ötən il Ümumdünya Malyariya ilə mübarizə günündə, biz hər 45 saniyədə bir uşağın məhz bu xəstəlik nəticəsində vəfat etməsi faktına görə kədərlənirdik. Bu il, biz zamanın sürətini azaltmağa nail ola bilmişik. Hər dəqiqə bir uşağın bu xəstəlikdən vəfat etməsi böyük faciə olaraq qalmaqda davam edir, lakin beynəlxalq təşəbbüslər nəticəsində bir çox insan həyatının xilas olması faktı bizi ümidləndirir.

İndi daha çox sayda uşaq ağcaqanad torlarında rahat yatır, daha çox ailə ağcaqanadlardan qorunaraq otaqlarda bir araya gəlir, daha çox icma sakinləri həkim yoxlamasından keçmək imkanına malikdir və daha çox xəstə müalicə olunmaq üçün ehtiyacı olan dərmanları əldə edə bilir. Qlobal koalisiya, uzunmüddətli insektisid şəbəkələr, daxili çiləmə üsulu, sürətli diaqnoz testləri və təhlükə altında olan əhali üçün malyariyaya qarşı dərmanlar da daxil olmaqla özünü doğrultmuş bütün strategiyaları gücləndirmişdir.   Dövlətləri, beynəlxalq təşkilatları, donorları, tədqiqatçıları, cəmiyyətləri, xeyriyyəçiləri, vətəndaşlardan ibarət bir sıra ictimai təşkilatları və vəziyyətlə maraqlanan şəxsləri bir araya topladığına görə, bu əhəmiyyətli əməkdaşlığa görə hər kəsə təşəkkür edirik. Onların səyləri bir milyondan çox insan həyat xilas edib. 2000-ci ildən etibarən malyariyadan ölənlərin sayı dünyada dörddə bir, Afrikada isə üçdə birə qədər azalmışdır”.

Pan Gi Mun bəyan edib ki, indi isə daha çox inkişaf əldə etmək üçün səyləri birləşdirmək zamanıdır.

“Mənim növbəti beş il üçün müəyyən etdiyim fəaliyyət planında duran əsas prioritetlərdən biri malyariya xəstəliyi nəticəsində ölən insanların sayını sıfıra endirməyə nail olmaqdır. İmkanların kifayət qədər geniş olduğu dünyamızda, malyariyaya son qoymaq üçün ağıllı və münasib yatırımlar etməmək üçün heç bir səbəbimiz yoxdur. Sürətli diaqnoz testlərinin dəyəri 50 sentə qədər olduğu halda anti-malyariya dərmanının dəyəri təxminən 1 dollardır. Üç il müddətinə davam edə bilən və uşaqları qoruya bilən yataq torları isə təqribən 5 dollar dəyərindədir. Göstərilən məbləğlər çox cüzidir və biz daha praktik həll yolları tapmağa yönəlmiş araşdırmaları maliyyələşdirə bilsək bu qiymətləri daha da azalda bilərik. Daha çox malyariya xəstəliyi nəticəsində bu gün baş verən ölüm hallarının qarşısını almaq üçün yollar axtarsaq da,  gələcək nəsil üçün də malyariyaya qarşı yaranan müqavimətlə mübarizə yolları və peyvəndlərlə yardım etməliyik. Biz xəstəliyi yoxlamaq, müalicə etmək və izləyə bilmək üçün səylərimizi daha düzgün idarə etməliyik. Bu Ümumdünya Malyariya ilə mübarizə günündə, gəlin Afrikada hərtərəfli qorunmaya nail olmaq üçün 3,2 milyard dollar maliyyə çatışmazlığını 2015-ci ilə qədər bağlamaq üçün birləşək – və nəticə etibarilə bu xəstəliyi məğlub etmək məqsədimizə nail olaq”.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?