Modern.az

Elmar Vəliyev şişirdilmiş hesabatlarla bağlı komissiya yaratdı

Elmar Vəliyev şişirdilmiş hesabatlarla bağlı komissiya  yaratdı

25 Aprel 2012, 14:21

Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev Gəncə şəhər  Statistika İdarəsinə hər rüb apardığı proqnoz rəqəmlərin şişirdilməməsi üçün tapşırıq verib.
Modern.az-ın məlumatına görə, icra başcısı Gəncə şəhər Statistika İdarəsinin müdiri İsmayıl Cəfərova xüsusi tapşırq verərək şəhərdə aparılan abadlıq, quruculuq və təmir işlərinin obyektiv şəkildə smeta dəyərinin elə yerindəcə hesablanaraq, qeydlərə alınmasını tələb edib. Elmar Vəliyev bununla kifayətlənməyərək  Gəncə şəhər Statistika İdarəsinin apardığı statistik rəqəmlərin obyektivliyinin yoxlamaq üçün xüsusi komissiya yaradıb.
Adıçəkilən komissiyaya rəhbərlik isə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevin birinci müavini İlham Əliyevə həvalə olunub.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir