Modern.az

Koronavirusun qənimi olan ÜÇLÜK: çiy su - limon - sarımsaq

Koronavirusun qənimi olan ÜÇLÜK: çiy su - limon - sarımsaq

Mədəni̇yyət

11 Aprel 2020, 11:20

Ərşad Əzimzadə,
"Ana Təbiət" N
atural Gigiyena Mərkəzinin rəhbəri


Əlləri və dərini təmiz saxlamaq, əlbəttə, çox vacibdir. Amma yoğun bağırsağı təmiz saxlamadan - viruslardan qorunmaq mümkün deyil. Çünki virus daşıyıcısı olan mikroblar təkcə ətrafımızda deyil, həm də içimizdədir. Təbiətin "əksiliklərin vəhdəti" qanununa uyqun olaraq, sağlamlarımızı qoruyan hüceyrələr ordusu ilə sağlamlığın düşməni olan mikroblar ordusu həmişə üz-üszə durub, içimizdə həmişə savaş gedir. Kimin qalib gəlməsi, kimi məğlub olması - bizim həyat tərzimizdən, xüsusilə də qida mədəniyyətimizdən asılıdır.

Biz düzgün qidalananda, hüceyrələri vitaminlərlə və digər vacib elementlərə tam təmin edəndə - müdafiə ordusu güclü olur, mikrob hücumlarının qarşısını asanlıqla ala bilir. Biz qidalanma qaydalarını pozanda isə qida çürüyüb şlaka çevrilir. (şlak - mikrobların və bakteriyaların sevimli yemidir). Bu halda - hüceyrələr acından qırılır, mikroblar və bakteriyalar isə sürətlə artıb törəyir. Hüceyrələrin qırılması müdafiə xəttini (immun sistemini) zəyiflədir, düşmən ordusu cəbhəni asanlıqla yara bilir. "Koronovirusun" ahıllar üçün təhlükəli olmasının əsas səbəbi - onlarda müdafiə xəttinin zəif olmasıdır.

Müdafiə xəttini gücləndirməyin yeganə düzgün yolu - qidalanma qaydalarına dəqiq əməl etməkdir. Yəni, menyuda əsas yeri çiy suya, çiy meyvələrə, çiy tərəvəzə vermək lazımdır. Yalnız bu nemətlər hüceyrələri vitaminlərlə və digər vacib elementlərlə təmin edə bilir.

Müdafiə prosesində bütün elementlər fəal iştirak edir. Lakin bu işdə C vitaminin rolu böyükdür. O, bədəndə patrul rolunu oynayır - qana soxulmaq istətən mikrobları blokadaya alıb məhv edir, təcavüzün qarşısını alır.

Xoşbəxtlikdən, C vitaminl ilə zəngin olan nemətlər çoxdur - limon və digər subtropik meyvələr, itburnu, çaytikanı, ziriş, qarağat, moruq, böyürtkən, soğan, sarımsaq, kələm, xiyar, cəfəri, kərəviz və digər bitkilər çiy şəkildə yeyildikdə orqanizmi C vitamini ilə təmin edə bilir.

Sarımsaq həm də çürüntü törədən bakteriyaları öldürür. Çiy su - limon - sarımsaq üçlüyü orqanizmi hər cür müdaxilədən qorumağa qadirdi. Bu üçlüyü hər gün qəbul edən adam - "koronovirusun" qarşısına etibarlı sədd çəkmiş olur.

Allah xalqımıza dərin zəka və möhkəm iradə bəxş eləsin.

11.04.2020.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir