Modern.az

Qarabağ erməniləri PANİKADA: Koronavirus Laçından Kəlbəcərə keçdi

Qarabağ erməniləri PANİKADA: Koronavirus Laçından Kəlbəcərə keçdi

11 Aprel 2020, 12:23

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında koronavirusla bağlı epidemioloji vəziyyət gərgin olaraq qalır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün virusa yoluxanların sayı 5 nəfərə çatıb. Belə ki, onlardan biri koronavirusun regiondakı episentri olan Laçının rayonunu Mirik kəndindən olub. Digər yoluxan sakinin isə Kəlbəcərdə yaşayan 69 yaşlı şəxs olması təsbit olunub. İkitərəfli pnevmoniyadan əziyyət çəkən pasientin ağır durumda olduğu xəbər verilir.

 

Onun yoluxa simptomlarını nümayiş etdirməzdən öncə, kənar şəxslərlə və ailə üzvləri ilə sıx təmas olması və buna görə virusu daha geniş ərazilərə yaya bilməsi ehtimal olunur.

 

Xatırladaq ki, koronavirus Laçının Mirik, Bozlu və Hüsülü kəndlərinin karantinə bağlanmasına səbəb olub. Virusun Kəlbəcərdə də aşkar olunması Dağlıq Qarabağda yeni xəstəlik ocaqlarının yaranmasından xəbər verir.

Buna baxmayaraq, qondarma rejim aprelin 14-də “president seçkiləri”nin ikinci turu keçirməkdə qərarlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər