Modern.az

Şəhid qardaşının məktubu: “Bir gün Fərhadın geri dönəcəyini gözləyirəm”

Şəhid qardaşının məktubu: “Bir gün Fərhadın geri dönəcəyini gözləyirəm”

11 Aprel 2020, 15:10

“... Ağdam rayonunun qorunması uğrunda ağır və şiddətli döyüşlər gedirdi. O, mənim qarşımda dayanmışdı. Hərbi geyimdə, çiynində də avtomat vardı.

Yuxuda dəli olmaq dərəcəsinə çatmışdım. Fərhad!!! Sağsan!!! deyə qışqırıb onu qucaqlayırdım. Gülümsəyərək məni sakitləşdirmək istəyirdi. Kim deyir ki, mən ölmüşəm? Cəbhədə vəziyyət ağırdı, ora gedirəm.

Yolüstü döndüm ki, sizinlə görüşüm. Yuxudan qan-tər içində ayıldım. Onu görmədim.

Bu yazını da indi göz yaşları içində yazıram.

Onun və eləcə də minlərlə vətən oğullarının ruhu hələ də vətən göylərində didərgin gəzib dolaşır.

Yuxumda  dəfələrlə onun əlində silah harasa getdiyini görmüşəm. Onun şəhid olduğu gündən 27 il keçsə də, hələ də ölümünə inana bilmirəm. Bir gün Fərhadın geri dönəcəyini gözləyirəm.

İnanıram ki, Aprel döyüşlərində olduğu kimi rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda torpaqlarımızı işğaldan azad edəcək, didərgin şəhid ruhları rahatlıq tapacaq...”.

 

Bu, bir Şəhid qardaşı, Ələmdar Quliyevin Modern.az-a göndərdiyi məktub idi. Formaca qısa görünən bu yazı məzmunca çox böyükdür.

 

Ələmdar Quliyevin bəhs etdiyi Şəhidimiz Quliyev Fərhad Abbas oğlu 1 iyun 1970-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub.

11 aprel 1993-cü ildə Füzuli rayonunun Veysəlli kəndində Qızılqaya uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?