Modern.az

Jurnalist təşkilatı Cəlilabadda gəncləri bir yerə topladı

Jurnalist təşkilatı Cəlilabadda gəncləri bir yerə topladı

25 Aprel 2012, 16:10

Jurnalist Araşdırmaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial problemlərin həllində region gənclərinin iştirakının dəstəklənməsi” adlı layihənin icrasını davam etdirir. Bu gün layihə çərçivəsində Cəlilabad rayonunda gənclər üçün seminar keçirilib. Tədbirdə Azərbaycan Müəllimlər İnstitunun Cəlilabad filialının tələbələri, QHT fəalları və yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

JAM sədri, layihənin koordinatoru Seymur Verdizadə vətəndaş cəmiyyəti quruculuğunda gənclərin üzərinə düşən vəzifələrdən danışıb. S.Verdizadə bildirib ki, yerli sosial problemlərin həllini sürətləndirmək üçün region gənclərinin QHT və KİV-lərlə əməkdaşlığı vacibdir.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli ölkədə 3 mindən artıq QHT-nin dövlət qeydiyyatına alındığını bildirib. M.Ələsgərli milli QHT-lərin xarici donorlardan asılılığına son qoymaq son illər ölkəmizdə görülən işlərdən danışıb. Natiq yerli sosial problemlərin həllində iştirak etmək istəyən gənclərə əhəmiyyətli tövsiyyələr verib.
Cəlilabadda işıq üzü görən “Yeni gün” qəzetinin redaktoru Böyükxan Bağırlı, seminar iştirakçılarından Vəfa Quliyeva, İlkin Yusubov və başqaları mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Tədbirin sonunda seminar iştirakçılarına JAM tərəfindən hazırlanmış “Vətəndaş cəmiyyəti: uğura necə imza atmalı?” adlı broşürü paylanılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü