Modern.az

Səfir Vilayət Quliyev: “İmkanlılar saraylarında, kasıblar isə yoxsul daxmalarında...”

Səfir Vilayət Quliyev: “İmkanlılar saraylarında, kasıblar isə yoxsul daxmalarında...”

12 Aprel 2020, 14:43

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev dünyanı panikaya sürükləyən koronavirus pandemiyası dövründə varlılarla yoxsulları müqayisə edib.

Modern.az-ın məlumatına görə, səfir qlobal fəlakət üz verən kimi imkanlı adamların malikanə və saraylarında, kasıbların isə yoxsul, basırıq daxmalarında gizləndiklərini qeyd edib.


Vilayət Quliyev deyib:

“Erix Mariya Remark yazırdı ki, keçmişi heç vaxt keçmişdə axtarmayın, o, həmişə burada, bizim yanımızdadır. Koronavirus olayı bu həqiqəti bir daha ortaya qoydu. Orta əsrlərdə taun epidemiyaları zamanı imkanlı adamlar şəhər ətrafındakı malikanələrinə, bağ evlərinə, uzaq kəndlərdəki mülklərinə çəkilib bəlanın sovuşmasını gözləyirdilər. Səhv etmirəmsə, Bokaççonun məşhur "Dekameronu" da taun vahiməsindən qaçıb gizlənən zəngin gənclərin vaxt öldürmək üçün danışdıqları hekayələr məcmusu kimi düşünülüb. Aradan neçə yüz il keçib. Tibb nə qədər inkişaf edib! Hər il neçə alim tibb sahəsində Nobelə və digər məşhur mükafatlara layiq görülür! Amma can güvənliyi baxımından o qorxunc və əski keçmiş yenə bizim yanımızdadır. Qlobal fəlakət üz verən kimi imkanlı adamlar malikanə və saraylarında, kasıblar isə yoxsul, basırıq daxmalarında gizlənməkdən başqa ayrı çıxış yolu görmədilər...".


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi