Modern.az

Azərbaycanda fərdi qeydiyyatda olan əcnəbilər bu ölkələrdəndir – SİYAHI

Azərbaycanda fərdi qeydiyyatda olan əcnəbilər bu ölkələrdəndir – SİYAHI

26 Aprel 2012, 12:47

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 12 297 nəfərdir. Bu barədə Modern.az-a DSMF-nun mətbuat xidməti məlumat verib. Fonddan bildirilib ki,  2012-ci il aprelin 1-nə olan statistikaya əsasən, DSMF-nun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı  12 297 nəfərdir. 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilir.

 Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən çoxdur. Belə ki,  fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149  nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir. Sonrakı yerlərdə İran  (412), Hindistan (279), Çin  (251), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (152), Özbəkistan (148), Bosniya və Hersoqovina (128),  Pakistan  (107), Almaniya (101), Ukrayna (100),  Filippin (99), Türkmənistan (83), Malayziya (80), İtaliya (73),  Qazaxıstan (71),  ABŞ (67) və s. ölkələr gəlir.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi