Modern.az

Gəncədə tibbi maskaların pulsuz paylanmasına deputatlar da QOŞULDU

Gəncədə tibbi maskaların pulsuz paylanmasına deputatlar da QOŞULDU

Parlament

14 Aprel 2020, 16:50

Koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə əsas problemlərdən birinə çevrilən tibbi maskaların az olmasıdır ki, ölkəmizdə bununla bağlı müsbət addımlar atılmaqdadır. Belə ki, Bakıda, Xaçmazda tibbi maskaların tikilib əhaliyə paylanması tendensiyasına Gəncə şəhəri də qoşulub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə Gəncədə  tibbi maska istehsalına başlanılıb. 

İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsi olan “Qızıl Əllər” MMC-də həyata keçirilir.


“Sahibkar Qadınlar” İctimai Birliyinin sədri  Zenfira Ağayeva  Modern.az-a ətraflı açıqlama verərək bildirib ki, bu aksiyaya Gəncə rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatı da qoşulub:


“Koronavirusla əlaqədar olaraq bir aksiyaya start verdik. Bu aksiyanın məqsədi  maska tikib insanlara paylamaqdan ibarət idi. Belə  bir niyyətimizin olduğundan xəbər tutan Gəncə şəhər rəhbərliyi bizə dəstək verdi. Bununla da tibbi maskaların pulsuz olaraq Gəncə şəhərində paylanmasını həyata keçirməyə başladıq”.


Zenfira Ağayeva deyib ki,  tibbi maskaların tikilməsi üçün parçaya ehtiyac olduğundan bunu da deputat Musa Quliyev üzərinə götürüb:

“Milli Məclisin Gəncədən olan deputatı Musa Quliyev bu aksiyanın həyata keçirilməsi ücün şəhər əhalisinə dəstək olaraq bizi parça ilə təmin təmin etdi. 3 gündür böyük ölçüdə işə başlamışıq. 3600 maska istehsal olunub. Xanım dərzilər maskaları ev şəraitində tikir və təhvil verirlər. Bu da o deməkdir ki, həmin xanımları  evdə işlə təmin etmişik. Hazırda 30 nəfər xanım bu aksıyaya qoşulub”.


Sahibkar xanım hər bir işçinin əmək haqqı ilə təmin olunacağını da qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!