Modern.az

İtaliyadan Dünya Azərbaycanlıları Konqresinə zərbə

İtaliyadan Dünya Azərbaycanlıları Konqresinə zərbə

26 Aprel 2012, 14:49

Brüsselə birlik qurultayına getmək istəyənlərin heç birinə viza verilmədi

Aprelin 28-29-da Belçikanın paytaxtı Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqesinin Birlik Qurultayı keçiriləcək. Qurultaya Azərbaycandan da xeyli nümayəndənin iştirakı gözlənilirdi. Lakin Avropaya - şengen ölkələrinə səfər etmək üçün İtaliyanın Azərbaycandakı Səfirliyinə müraciət edənlərin heç birinə viza verilməyib. Bu barədə Modern.az-a viza üçün müraciəti rədd edilən qurultay nümayəndələri məlumat veriblər. Onların bildirdiyinə görə səfirlik 35-40 nəfərə imtina ilə bağlı eyni səbəb göstərib:

“Gedəcəyiniz şengen ölkəsini vaxt başa çatandan sonra tərk edəcəyinizə qəti əminlik yoxdur”.

Sözügedən DAK-ın təmsilçilərindən Səftər Rəhimlinin Modern.az-a açıqlamasına görə, hazırda onlar İtaliya Səfirliyinin bu qərarının nədən qaynaqlandığını araşdırırlar:

“Qurultayda iştirak üçün Fransa Səfirliyinə müraciət edənlərin demək olar ki, hamısına viza verilib. İtaliya Səfirliyinin bu qərarı bizim üçün də qaranlıqdır. Onların kiminsə sifarişini yerinə yetirib-yetirməməsi araşdırılacaq”.

S.Rəhimli müraciəti rədd edilənlərin qrup şəklində İtaliya Səfirliyini  məhkəməyə vermək niyyətində olduqlarını da əlavə edib.

 

Modern.az   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər