Modern.az

Separatçıların oliqarx lideri Kəlbəcərdə ekoloji terrora BAŞLADI

Separatçıların oliqarx lideri Kəlbəcərdə ekoloji terrora BAŞLADI

15 Aprel 2020, 19:06

Ermənilər Tərtərçayı üzərində tikintisi dayandırılan Su Elektrik Stansiyalarının tikintisini bərpa edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçıların yeni lideri Araik Arutunyana yaxınlığı ilə tanınan “Msmetsi Çiqo” ləqəbli iş adamı Kəlbəcər yaxınlığında Tərtər çayında SES-in tikintisinə başlayıb.

 

Onun bölgədə oliqarx kimi tanılnan Araik Arutunyanın göstərişi ilə hərəkət etdiyi bildirilir. İşğal altındakı torplaqlarda ekoloji fəaliyyətlə məşğul olan Aleksandr Kananyan isə tikinti işlərinin dayandırılmayacağı təqdirdə aclıq aksiyasına başlayacağını elan edib.

 

“Tərtər çayından bəzi kəndlərdə içməli su kimi istifadə edirlər. Amma yeni tikilən Su Elektrik Stansiyası Kəlbəcərə içməli suyun verildiyi hissədə inşa olunub. İnşaat bərpa olsa, su probleminə görə yayda quraqlıq olacaq”- deyə Kananyan deyib.

 

Xatırladaq ki, Ermənistan Qarabağdakı su mənbələrini – Tərtər, Hoçaz, Həkəri, Zabux, Şəlvə və s. çaylarda SES-lər tikərək su sərfiyyatından ekoloji normaları kobud sürətdə pozaraq istifadə edirlər.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI