Modern.az

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsahibə elan edildi

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsahibə elan edildi

26 Aprel 2012, 18:03

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 27 aprel tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.

Komissiyadan Modern.az-a bildirilib ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 41-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 3-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Ətraflı məlumat “Respublika” qəzetinin 27 aprel 2012-ci il tarixli sayında və 27 aprel 2012-ci il tarixdən Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.

Ümumi müsahibəyə
çıxarılan vakant vəzifələrin mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları üzrə statistikası aşağıdakı cədvəldə verilmişdir.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 

17

2

Təhsil Nazirliyi

7

3

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 

7

4

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 

3

5

Dövlət Statistika Komitəsi

3

6

Mədəniyyət və Turizm Nazirliyi

2

7

Gənclər və İdman Nazirliyi

1

8

Kənd Təsərrüfatı Nazirliyi

1

Ümumi müsahibəyə vakant vəzifə təqdim edən məhkəmə hakimiyyəti orqanları.

S/ s

Dövlət orqanı

Vakant vəzifələrin sayı

1

Şəki Ağır Cinayətlər Məhkəməsi

1

2

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

1

3

Bakı şəhər Xətai Rayon Məhkəməsi 

1

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub