Modern.az

Azərbaycan gəncliyi müasir dövrün çağırışlarına hazırdırmı?

Azərbaycan gəncliyi müasir dövrün çağırışlarına hazırdırmı?

26 Aprel 2012, 18:12

Aprelin 26-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birlikdə “Azərbaycan gəncliyi: Müasir dövrün çağırışları” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki,  gənclərin Azərbaycan dövlətçiliyi əleyhinə çalışan xarici qüvvələrin və onların ölkə daxilində havadarlıq etdiyi qrupların təsirinə düşməməsi üçün ayıq-sayıq olmalıdırlar.
Azərbaycanın gələcəyinin vətənpərvər və dövlətçiliyə bağlı gənclərdən asılı olduğunu vurğulayan Emin Həsənli bildirib ki, bir sıra qüvvələrin gəncləri təsir dairələrinə salmaq üçün səylər göstərdiyi sirr deyil: “Azərbaycan gəncliyi vətənpərvərdir, Mübariz İbrahimov kimi gənclərimiz çoxdur. Ancaq müasir dövrdə Azərbaycan dövlətçiliyi əleyhinə çalışan qüvvələrlə bağlı gənclərimizin maarifləndirilməsi işi davamlı və sistemli şəkildə aparılmalı, QHT-lərin gənclərlə daha aktiv çalışmalıdırlar. Azərbaycan gəncliyi müasir dövrün çağırışlarına hazır olmalı, dövlətçiliyə qarşı çıxan qüvvələrlə qətiyyətlə mübarizə aparmalıdır”.
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu isə rəhbərlik etdiyi təşkilatın gənclər arasında maarifçilik işlərinin aparılmasını xüsusi diqqət mərkəzində saxlayacağını söyləyib. O, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin məktəblərin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş layihə üzərində çalışdığını da qeyd edib. Ramiz Mikayıloğlunun sözlərinə görə, sabahın əsgərləri, tələbələri, valideynləri olacaq 11-ci sinif şagirdləri arasında maarifçilik işlərinin aparılması vacibdir.
Tədbirdə “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi və  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin üzvləri, gənclər iştirak ediblər.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi