Modern.az

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT-nin rəsmi sənədi kimi yayıldı

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT-nin rəsmi sənədi kimi yayıldı

16 Aprel 2020, 13:55

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.

 

Modern.az-ın məlumatına görə, bəyanat 2020-ci il aprelein 13-də Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyevin BMT Baş Assambleyasına ünvanladığı məktuba əlavə edilib.

 

Bəyanatda deyilir:

 

"Bu məktubla birlikdə Ermənistan qoşunları tərəfindən atəşkəs rejiminin pozulması ilə bağl Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının bəyanatını təqdim etməkdən şərəf duyuram. Bu məktubun və əlavəsinin Baş Assambleyanın gündəliyinin 32 və 37-ci maddələri üzrə sənədi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasına görə minnətdar olaram".

 

Bəyanatda qeyd olunur ki, qoşunların təmas xəttindəki indiki gərginlik sülhün olmamasının və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanması üzrə səylərin fəallaşdırılmasının zərurətinin növbəti ağrılı sübutudur:

 

"Təəssüf ki, cəbhə xəttində bir müddət qeydə alınmış toqquşmalar bir daha təsdiq edir ki, Ermənistan sülhdə maraqı deyil. Dünya COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda, bunun insan həyatına törədə biləcəyi təhlükələrə baxmayaraq, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ regionundak işğalçı rejim öz qanunsuz və təxribatçı fəaliyyətini davam etdirir və daim dinc əhalini atəşə atəşə tutur".

 

Qeyd olunur ki, 2020-ci ilin aprelindən başlayaraq, Ermənistan qoşunları Qazax rayonunun dinc sakinlərinə qarşı irikalibrli silahlardan istifadə edir:

 

"Biz Ermənistanən cəbhə xəttinin yaxınlığında yaşayan azərbaycanlı mülki şəxslərə təhlükə törədən hərbi fəaliyyətindən narahatıq. Bütün bu fəaliyyət BMT-nin baş katibi Antoniu Quterreşin bütün dünyada səsləri yüksəltməyə və silahları susmağa çağıran bəyanatına qarşı yönəlib! Təəssüf ki, Ermənistanan Azərbaycana qarşı balşatdığı müharibə bizim həyati vacib ehtiyatlardan məhrum etdi. Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı icması dəfələrlə ermənilərlə dinc birgəyaşayışa hazır olduğumuzu ifadə etmişik. Biz işğal və etnik təmizləməni qəbul etməyən sülh və əməkdaşlıq tərəfdarıyıq və Ermənistan rəhbərliyindən bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrini icra etməyi tələb edirik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı