Modern.az

Qondarma seçkilərə görə koronavirus bütün Qarabağa YAYILDI

Qondarma seçkilərə görə koronavirus bütün Qarabağa YAYILDI

Qarabağ

16 Aprel 2020, 14:30

 Azərbaycanın işğal altındakı bölgədə epidemioloji vəziyyət kəskin pisləşib.

 

Modern.az Erməınistan KİV-nə istinadən xəbər verir ki, aprelin 14-də qondarma rejimdə koronavirus pandemiyasına baxmayaraq, “prezident seçki”lərinin ikinci turunun keçirilməsi COVİD-19-un yeni ərazilərə yayılmasına yol açıb.

 

Belə ki, ötən gündən başlayaraq, karantinə alnmış Laçının Mirik, Bozlu və Hüsülü kənlədi və Kəlbəcərin rayon mərkəzinə yeni yaşayış məntəqələri əlavə olunub. Belə ki, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ, Yayıcı və Həsənriz kəndləri də karantinə alınıb.

Burada toplam 5 mindən artıq insan yaşçadıqları ərazini 1 ay tərk edə bilməyəcək.

 

 

Bu kəndlərdən virusa yoluxma şübhəsi olan 10 nəfər Xankəndi xəstəxanasına yerləşdirilib. Bundan başqa, ordu sıralarında yoluxma hallarının olması barədə Hetq.az dərgisi məlumat yayıb. Qondarma seçkilərdən sonra virusa yoluxma hallarının Şuşa daxil olmaqla, Zəngilan, Xocavənd və s. ərazilərdə də yayılması və bu faktların ajiotaj yaratmamaq üçün gizlədildiyi ehtimal olunur. 

Qarabağda koronavirusa yoluxmuş şəxslərin sayının statistikada göstərilən 6 nəfərdən çox olması xalqın "seçki şou"suna görə hakimiyyəti ittiham edəcəyi qorxusundan açıqlanmır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi