Modern.az

Hər ad günündə bir ali orden almış Ramiz Mehdiyev

Hər ad günündə bir ali orden almış Ramiz Mehdiyev

Mədəni̇yyət

17 Aprel 2020, 09:18

17 aprel tarixi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev üçün xüsusi əhəmiyyət daşıyır.

Modern.az
 xəbər verir ki, Ramiz Mehdiyev bu gün 82 yaşını tamam edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. 



Ramiz Ənvər oğlu Mehdiyevin adı çağdaş Azərbaycan siyasi tarixinin 70-ci illərindən çəkilir.

O, 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyib.

Dörd ildən sonra, 1961-ci ildə Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini o zamankı Azərbaycan Dövlət Unversitetinə verib və Tarix fakültəsinə daxil olub.

1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev LKGİ-də təlimatçı vəzifəsində işləməyə başlayıb. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.

O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 10 ilə yaxın Rusiyada elm sahəsində işləyib. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edib. Bundan sonra R.Mehdiyev Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunub.  İki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunub.

1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edib. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlib. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyib.

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edib.
7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı.

Ramiz Mehdiyev ötən ilin sonlarında Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunanda, çoxları qocaman akademikin təqaüdə gedəcəyini proqnozlaşdırıdı. Ancaq 82 yaşlı yaşlı akademik həmişə olduğu kimi, yenə hamını yanıltdı, dincəlmək istəmədiyini nümayiş etdirdi...

O, 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olundu.

Ramiz Mehdiyev Azərbaycan Respublikasının demək olar ki, əksər ali ordenləri ilə təltif edilib. Və bu təltiflər əsasən onun ad günləri ərəfəsində olub.


17.04.2008 – “İstiqlal” ordeni;

17.04.2013 - “Şərəf” ordeni;

16.04.2018 - "Şöhrət" ordeni;

23.10.2019 - “Heydər Əliyev” ordeni.


A.Qorxmaz 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?