Modern.az

Milli Məclisin iclaslarının müddəti qısaldıldı - Koronavirus TƏHLÜKƏSİ

Milli Məclisin iclaslarının müddəti qısaldıldı - Koronavirus TƏHLÜKƏSİ

17 Aprel 2020, 11:55

Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib. Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

Komitə sədri bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin:

“Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı havalandırılsın, sonra işimizə davam edək”.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!