Modern.az

Karantin rejimi deputatın şəxsi maşınına da şamil edilməyəcək

Karantin rejimi deputatın şəxsi maşınına da şamil edilməyəcək

17 Aprel 2020, 12:36

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, sənədə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

 

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi.

 

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir