Modern.az

Bakının bütün məktəblərində müəllimlər imtahan verdilər

Bakının bütün məktəblərində müəllimlər imtahan verdilər

Aktual

27 Aprel 2012, 13:36


Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3-cü ildir ki, ibtidai təhsil pilləsini bitirən şagirdlərin riyaziyyatdan bilik səviyyəsini müəyyənləşdirmək üçün yoxlama imtahanları (yazılar) təşkil edir. Növbəti belə sınaq aprelin 27-də olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, aprelin 27-də paytaxtın bütün orta məktəblərində 4-cü sinif şagirdləri test imtahanına cəlb ediliblər. Proses Bakının bütün təhsil müəsissələrini əhatə edib. Təxminən 30 minə yaxın şagird imtahanda iştirak edib.
Eyni zamanda 4-cülərə dərs deyən ibtidai sinif müəllimləri də bu prosesə cəlb olunublar. Onlar da şagirdlərə verilən sualları cavablandırıblar.
”Məqsədimiz ibtidai sinif mərhələsini bitirən şagirdlərimizin riyaziyyatdan bilik səviyyəsini yoxlamaqdır. Uşaqlara verilən suallar müəllimlərə də ünvanlanlb. Məqsəd onların tədris pörosesini necə qurmalarını öyrənməkdən ibarətdir”-deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı bildirib.

Z.Əliqızı deyib ki, imtahana cəlb olunan müəllimlərdən aşağı nəticə göstərənlər yay dövründə kurslara göndəriləcəklər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!