Modern.az

Azərbaycan hökumətinin devrilməsindən 92 il ötür

Azərbaycan hökumətinin devrilməsindən 92 il ötür

Aktual

28 Aprel 2012, 10:29

Bu gün Azərbaycanın bolşevik-rus ordusu - Sovet hakimiyyəti tərəfindən işğal edilməsindən 92 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulub. Rus ordusunun bu işğal ilə 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib.
Bu işğal nəticəsində SSRİ-nin  tərkibinə daxil edilən Azərbaycan Sovet Sosialist Respublikası — 28 aprel 1920-ci il tarixindən 18 oktyabr 1991-ci il tarixinədək mövcud olub.
Sovet ideologiyasının təsiri ilə 70 il ərzində 28 aprel tarixi Azərbaycanda bayram günü kimi qeyd edilib. Azərbaycanlılar onilliklər boyu xalq və ictimai toplum olaraq sovet rejiminin qadağan etdiyi gerçək tarixdən uzaq düşdü, həqiqət isə arxivlərdə, üzümüzə bağlı qapıların arxasında saxlanıldı.

1920-ci ildən sonra Azərbaycanda bolşevik təbliğatı və sovetləşmənin təşviqi aparılsa da, işğalın ilk  vaxtlarında sovetlərə qarşı üsyanlar, digər çıxışlar olurdu. Azərbaycanın ayrı-ayrı bölgələrində baş verən bu üsyanların yatırılmasında bolşeviklər türklərə qarşı soyqırımı siyasəti güdən ermənilərdən də sitifadə ediblər. İşğaldan sonra Azərbaycanda bolşeviklərə qarşı 100-dən çox üsyan baş verib. Bu üsyanların hamısı amansızlıqla yatırılıb.

1937-ci ildə Azərbyacanda repressiyalar həyata keçirildi, yüzlərlə ziyalı məhv edildi. Azərbaycan neftinə sahib olan bolşevik hökuməti öz rejimini repressiyalar, qətllərlə möhkəmləndirdi. 1920-1950-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu İkinci Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib.

Düz 71 ildən sonra - 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edə bilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!