Modern.az

Builki abituriyentlərə güzəştlər olacaq? - Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA

Builki abituriyentlərə güzəştlər olacaq? - Dövlət İmtahan Mərkəzindən AÇIQLAMA

20 Aprel 2020, 12:06

Azərbaycanda karatin rejimi mayın 4-nə qədər uzadılıb. Təhsil müəssisələrində tədrisin mayın 4-də bərpa oluna biləcəyi söylənilsə də, buna inananlar azdır.

Hazırki dönəmdə ali və orta ixtisas məktəblərinə hazırlaşan abituriyentlər və onların valideynləri çox narahatdır. Onları düşündürən bir sual var: builki abituriyentlərə hər hansı güzəşt oluna bilərmi?

Çünki koronavirus pandemiyası səbəbindən mart ayının əvvəlindən karantin rejiminin tətbiq edilməsi məktəblərin, hazırlıq kurslarının bağlanmasına və repetitor fəaliyyətinin də təxirə salınmasına səbəb olub.


Mövzu barədə Modern.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə mövcud vəziyyətin nə vaxta qədər davam edəcəyi ilə bağlı konkret məlumatlara malik olmadıqlarını bildirib:

“Mənə  elə gəlir ki mövcud vəziyyətlə əlaqədar hələlik təxirə salınan imtahanların, eləcə də digər tədbirlərin hansısa tarixdə keçiriləcəyi ilə bağlı indidən nəsə konkret fikir  söyləmək  doğru olmaz. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına  uyğun olaraq hərəkət ediləcək və bu barədə ictimaiyyətə öncədən məlumat veriləcək.
Hesab edirəm ki, hər şey epidemioloji vəziyyətdən asılıdır. Krantin rejimi tam olaraq bitməlidir ki, gələcək planlar-imtahanların vaxtı və sairə məsələlər açıqlansın”.

DİM rəsmisi hamının bərabər şərtlər altında imtahan verəcəyini deyib:

“Onlayın imtahanlar barədə yalnız onu deyə bilərəm ki, bu il yalnız Azərbaycan dili istisna olmaqla, tədris dili digər dillərdə aparılan şagirdlər üçün Azərbaycan dili fənni üzrə  onlayn imtahanın keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə iş aparılır. İmtahanın  çətin və asan olacağına gəldikdə isə nəzərə almaq lazımdır ki, istər  buraxılış, istərsə də qəbul imtahanları kolleclərə, ali məktəblərə daxil olmaq  istəyənlərin bilik səviyyəsinə görə bir-birindən  fərqləndirmək üçün keçirilir. Bu bir müsabiqədir. Burada hamı bərabər şərtlər altında eyni imtahanı verir”.

Xanlar Xanlarzadə imtahan suallarında güzəştlərin nəzərdə tutulmadığını da qeyd edib:

“İmtahanda  asan, orta və çətin tipli tapşırıqlardan istifadə olunur. Ona görə də imtahan suallarının  asan  və çətinlik dərəcəsində hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Müsabiqə şərtlərinin daha da aşağı salınması ilə bağlı onu deyə bilərəm ki, bu məsələ abituriyentlərin imtahan nəticələrindən asılı olur. Buna imtahanlardan sonra baxıla bilər.  İmtahanmların məzmunu ilə bağlı bildirmək istəyirəm ki məktəblərdə mart ayından etibarən tədris prosesi dayandırılsa da,  Təhsil Nazirliyi tərəfindən televiziyalar vasitəsilə teledərs, internet vasitəsilə “Virtual məktəb” onlayn dərslər  həyata  keçirilir. Həmçinin, Dövlət İmtahan Mərkəzi də bu işə öz töhfəsini verib. Belə ki, DİM-in Youtube kanalında orta məktəb dərslikləri  əsasında sinif və mövzular üzrə hazırlanan vizual dərslər yerləşdirilir. Düşünürəm ki, şagirdlər indiki vəziyyətdə bu imkanlardan maksimum istifadə etməlidirlər”.

Mətbuat katibi 11-ci sinif imtahanlarından da söz açıb:

“Hazırda 9-cu sinif buraxılış imtahanlarının birinci mərhələsi təxirə salınıb. Hansı ki bu imtahanların məzmunu  mart ayına qədərki tədris dövrünü əhatə edirdi.
Təxirə salınan digər imtahanlar isə 11-ci sinif üzrə buraxılış imtahanlarıdır. Demək olar ki burda da aprelə qədər mövzuların mənimsənilməsi yekunlaşmış olur. Həmçinin, bu imtahanlarda şagirdlərin bacarıqları, kompitensiyaları yoxlanılır. Bu bacarıqlar isə bütün həyatımız boyu 1-ci sinifdən 11-ci sinfə qədərki tədris boyu formalaşır. Hər hansı mövzudan, proqramdan asılı olmur.
İmtahanın ikinci mərhələsi isə hələ qabaqdadır. Mövcud vəziyyət, sadaladığımız tədbirlər təhlil olunacaq və bundan sonra Təhsil Nazirliyi tərəfindən tədris olunmayan mövzularla bağlı hər hansı müraciət olarsa, buna da uyğun müvafiq addımlar atılacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir