Modern.az

Nərgiz Birk-Petersen Modern.az-ın yazdıqlarını təsdiqlədi

Nərgiz Birk-Petersen Modern.az-ın yazdıqlarını təsdiqlədi

Aktual

28 Aprel 2012, 13:54


Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinin aparıcıları məlum olandan bəri 3 aparıcıdan biri olan Nərgiz Birk-Petersenin kimliyi hər kəsdə maraq oyadıb. Digər aparıcılar Eldar Qasımov və Leyla Əliyeva artıq yetərincə məşhur olduqlarından Nərgiz Birk-Petersenlə bağlı məlumatlar azlıq təşkil edirdi.
Modern.az saytı bir neçə gün öncə araşdırma apararaq bu xanımın kimliyi barədə material hazırlayıb oxuculara təqdim etmişdi. Nərgiz Birk-Petersen ANSPress-ə müsahibəsində Modern.az-ın yazdıqlarını təsdiqləyib.
Nərgizin siması tamaşaçıya 25 yanvarda Bakıda keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsinin püşkatmasından tanışdır.

-Nərgiz xanım, deyilənlərə görə Məleykə Abbaszadənin qızısınız. Bu doğrudur?
-Bəli, doğrudur.

-Bəs, Birk-Petersen soyadı haradandır?
-Mənim yoldaşım danimarkalıdır, onun soyadını götürmüşəm.

-Harada yaşayırsınız?
-Danimarkada yaşayıram.

-Necə oldu "Eurovision 2012"nin aparıcısı seçildiniz? Təklif kim tərəfindən edildi?
-Azərbaycan müsabiqədə qələbə çalan gündən çox istəyirdim ki, mən də Bakıda keçiriləcək "Eurovision"un kiçik bir hissəsi olum. Elə oldu ki, kastinqlər keçirildi, mən seçildim və "Eurovision"un böyük parçası oldum. Çox şadam ki, belə bir böyük müsabiqənin aparıcısı olacam. İnanın ki, hələ də buna inana bilmirəm. 

-Müsabiqəyə hazırlıq prosesi necə gedir?
-Çox gərgin, ciddi hazırlar gedir. Bizimlə böyük bir komanda işləyir. Burada sadəcə aparıcılıq deyil, böyük səhnəyə, böyük auditoriyaya psixoloji hazırlıq prosesi gedir. Xarici görünüşümüz, səhnə geyimimiz üzərində də işləyirlər. Səhər saat 8-dən evdən çıxıram, evə isə çox gec dönürəm. Bütün günü məşq, çəkilişlər, müsahibələr... Amma bu bizə çox xoşdur. Bizi çəkib tanıtmaq istəyənlərə təşəkkürümüzü bildiririk.

-Səhnə geyiminiz necə olacaq?
-Hələ dəqiqləşməyib, heç nə deyə bilmərəm.

-Sizə uğurlar arzulayırıq.
-Çox sağ olun.

Qeyd edək ki, Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Təhsilini Amerikada davam etdirərək orada hüquq təhsili alıb. Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. Tələbəlik illərində Xəzər Unversitetinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. O, həmçinin bir müddət model kimi də çalışıb. 

Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurduqdan sonra özü də Danimarka vətəndaşılığını qəbul edib. İki uşaq anası olan Nərgiz, həyat yoldaşının soyadını götürüb və hazırda Kopenhagendə yaşayır. İngilis, rus və danimarka dillərini bilir. 

Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020" Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib. 

Modern.az

***
Həmçinin oxu:

“Avroviziya-2012”nin aparıcısı Məleykə Abbaszadənin qızıdır - FOTOLAR
//modern.az/articles/23389/1/
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı