Modern.az

Milli Məclisin iclasının gündəliyinə 27 məsələ daxil edildi

Milli Məclisin iclasının gündəliyinə 27 məsələ daxil edildi

20 Aprel 2020, 17:20

Milli Məclisin növbəti plenar iclası aprelin 24-də keçiriləcək.

 

Bu barədə Modern.az-a məlumat verən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, gündəliyə 27 məsələ daxildir.

 

Onun sözlərinə görə, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Ombudsmanın illik məruzəsi haqqında, Azərbaycan Respublikasının torpaq icarəsi və dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli qanunu ilə təsdiq edilmiş yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında, Azərbaycan Respublikası qanununun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsi, Ətraf mühitin mühafizəsi haqqında və ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə layihə və digər layihələr müzakirəyə çıxarılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir