Modern.az

Dövlət İmtahan Mərkəzi şagirdləri bu materiallardan istifadə etməyə ÇAĞIRDI

Dövlət İmtahan Mərkəzi şagirdləri bu materiallardan istifadə etməyə ÇAĞIRDI

Təhsil

21 Aprel 2020, 09:35

Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, şagirdlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq və mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşahidə olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.


Modern.az
-ın məlumatına görə, xüsusi karantin rejimi müddətində müxtəlif fənlərdən 200-ə yaxın yeni dərs portala yerləşdirilib.

“Demək olar ki, hər gün yeni dərslər portala əlavə edilir. Videodərslər ödənişsizdir. Son 1 ay ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 198 mindən artıq olub.

Müvafiq keçidlərdən istifadə edib Azərbaycan diliingilis diliriyaziyyat fənni üzrə V sinfə, ingilis dilifizikacoğrafiyabiologiyaAzərbaycan tarixiümumi tarixriyaziyyat fənni üzrə VI sinfə,  ingilis dilibiologiyakimyacoğrafiyaümumi tarix üzrə VII sinfə aid materiallar əsasında hazırlanmış “vizaullaşdırılmış dərs”lərə baxa bilərsiniz”, - DİM bildirib.


Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır