Modern.az

Pərvinin imza günü keçirilib

Pərvinin imza günü keçirilib

30 Aprel 2012, 11:13

Aprelin 29-da “Nərimanov” metrostansiyasının yaxınlığındakı MetroPark Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Əli və Nino” kitab evində gənc yazar Pərvinin “Qar yağacaq” kitabının imza günü keçirilib.  İmza gününə daha çox gənclər və kitabsevərlər toplaşmışdı.

Gənc yazar Pərvinin bu kitabı Azərbaycan Yazıçılar Birliyi və “Təhsil” Nəşriyyatının birgə layihəsi olan “Müəllifin ilk kitabı” seriyasından ikinci nəşrdir.

Pərvin Modern.az saytına deyib ki, kitaba 1 povest və 9 hekayə daxildir.
”Yazılarımda daha çox gənclərin problemlərini önə çəkməyə çalışıram. Bu hekayələrin hər birində zərif qadın yanaşması, emossional, estetik cizgilərlə yanaşı, dərin alt qatlar da özünü göstərir“.

Kitaba ön sözü Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid yazıb, redaktoru Mustafa Çəmənlidir.

Pərvin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Gənc Ədiblər Məktəbi”nin məzunudur. Mətbuatda ədəbi söhbətlər, esse, hekayə və publisistik qeydləri ilə ardıcıl olaraq çıxış edir. 


Könül Səid
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi