Modern.az

Bir şəklin tarixçəsi - İqtidar-müxalifət münasibətlərinin “qızıl dövrü”

Bir şəklin tarixçəsi - İqtidar-müxalifət münasibətlərinin “qızıl dövrü”

1 May 2012, 11:28

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasının növbəti təqdimatında  Azərbaycan ictimai-siyasi mühiti üçün bu gün əlçatmaz olan ibrətamiz bir səhnə açılır.  


Tarix 3 iyul 1995-ci il.., məkan “Sinema-klub”
...

Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasının 3-cü ildönümü münasibətilə təntənəli qəbul.

Müxalifət partiyasının əziz gününə Azərbaycan Respublikası Prezident Aparatının (o vaxt belə adlanırdı-red.) rəhbəri Ramiz Mehdiyev şəxsən təşrif buyurub. Onu PA ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müşayiət edir. AMİP sədri Etibar Məmmədov isə təbrikləri qəbul edir.

Özü də cənab Mehdiyev əliboş gəlməyib, o bir azdan Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin müxalifət partiyasına göndərdiyi təbrik məktubunu oxuyacaq.

İndi – üstündən illər keçəndən sonra iqtidar-müxalifət münasibətlərindəki hədsiz gərginliyi, qütblərdə təmsil olunan insanlar arasında kəskin uçurumu görəndə ilk ağıla gələn sual bu olur: Kimdən və nədən oldu?



 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər