Modern.az

“Feyzavər xanımın övladı yox idi” - Əli bəy Hüseynzadənin qızının köməkçisi

“Feyzavər xanımın övladı yox idi” - Əli bəy Hüseynzadənin qızının köməkçisi

Ədəbi̇yyat

25 Aprel 2020, 15:42

“Feyzavər xanım çox yaxşı insan idi, son iki ildə demək olar ki, heç kimi tanımayacaq hala gəlmişdi”.

 

Bunu Modern.az-a dahi mütəfəkkirimiz, yazıçı-publisist Əli bəy Hüseynzadənin İstanbulda dünyasını dəyişən qızı Feyzavər Alpsar Turanın köməkçisi Nuriyyə xanım bildirib.

 

Mərhum haqqında danışan Nərmin xanım Feyzavər Alpsarın həyatdan elə bir istəyinin olmadığını deyib:

 

“Beş ildir alzeymer xəstəliyi keçirirdi. Son 2 ildə demək olar ki, heç kimi tanımayıb. 4-5 ay idi ki, qidalana da bilmirdi, xüsusi nasosla yemək verirdik. Ölümünədək ciddi ağrıları olmayıb. 24 aprel günortadan sonra qəflətən halı pisləşdi və yarım saat ərzində keçindi. Son sözü ya da xüsusi bir vəsiyyəti olmadı. Həyatdan elə də böyük bir istəyi, arzusu olmayıb. Çünki sağlığı yerində olan demək olar ki, istədiyi hər şeyə çatıb. Çox yaxşı insan idi. Karantin rejiminə görə dəfnində bir neçə nəfər iştirak edə bildi”.

 

Feyzavər xanımının köməkçisi son 10 ildə Diaspor Təşkilatı və Azərbaycan tərəfindən mərhuma ciddi diqqət göstərildiyini də deyib:

 

“Son 10 ildə Feyzavər xanımın üzərində Azərbaycan Diasporluğunun və Azərbaycan dövlətinin xüsusini diqqətini hiss etdik. Türkiyədə yaşayan azərbaycanlılar da onunla çox maraqlanırdı. Feyzavər xanım həyat yoldaşını 37 il bundan əvvəl itirib, övladı isə yox idi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir