Modern.az

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu məsələsinə AYDINLIQ GƏTİRDİ

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu məsələsinə AYDINLIQ GƏTİRDİ

Təhsil

25 Aprel 2020, 20:21

"Müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur".

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər".
Həmçinin müəllimlərin işə qəbuluna da münasibət bildirilib:

"Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşıb. Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır".

Qeyd olunub ki, müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair məlumat yoxdur:

"Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər  həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla ki bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək"

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır