Modern.az

Saytlar KİV hesab edilmir: Jurnalistlər Qənirə Paşayeva ilə görüşəcəklər

Saytlar KİV hesab edilmir: Jurnalistlər Qənirə Paşayeva ilə görüşəcəklər

27 Aprel 2020, 14:29

Karantin dövründə Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri 4-cü dəfə videokonfrans keçiriblər.

Qurumun rəhbəri Elşad Eyvazlı keçirilən konfranslar barədə Modern.az-a qısa məlumat verib:

“Jurnalistlərimiz öncə ölkədə koronavirusla mübarizə istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirləri müzakirə etdilər. Ayr-ayrı ölkələrin təcrübələrinə toxunan media mənsubları Azərbaycanda bu sahədə nümunəvi addımların atıldığını bildirdilər və bunu statistik rəqəmlərlə əsaslandırdılar.

Daha sonra koronavirus müddətində medianın işi, mətbuat xidmətlərinin media ilə necə çalışması, pandemiya ilə bağlı sosial şəbəkələrdə yer alan yanlış informasiyalar və digər məsələlər ətrafında da fikir mübadiləri aparıldı.

Azərbaycanda “KİV haqqında” Qanuna görə,  xəbər saytları hələ də KİV hesab olunmur. PJB üzvləri bu məsələnin həlli ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə müzakirə aparmaq barədə razılığa gəldilər”.

E.Eyvazlı videokonfrans zamanı parlament-jurnalist münasibətlərinə də toxunulduğunu qeyd edib:


“Konfransda iştirak edənlər “Jurnalistlərin binası”ndakı xidmət haqqının yüksək olması məsləsini qaldırdılar, bu problemin həlli üçün KİVDF-yə müraciət ünvanlamağı qərara aldıq.

Milli Məclisin rəhbərliyinin dəyişməsindən sonra jurnalistlərə isti münasibətin yaranması da müzakirə olundu. Parlament-media münasibətlərinin daha da yaxşılaşdırılması, eyni zamanda Milli Məclisin işinin cəmiyyətə daha dolğun çatdırılması qərara alındı.

Eyni zamanda  cəmiyyətdəki problemlərin parlamentə daşınması üçün Milli Məclisə müəyyən təkliflər göndərəcəyik.

Konfransda PJB-nin saytının yaradılması ətrafında da müzakirələr getdi. Təşkilatımızın təsis etdiyi “Şirməmməd Hüseynov mükafat”ı və xaricdə yaşayan azərbaycanlı jurnalistlər şəbəkəsinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verildi”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir