Modern.az

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Nazir təhsildəki vəziyyətdən DANIŞDI

Təhsil

27 Aprel 2020, 17:23

Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan karantin rejimi Təhsil sektoruna da öz təsirini göstərdi. Lakin Təhsil Nazirliyi tərəfindən çevik addımlar atıldı. Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək.

Modern.az xəbər verir ki, bu sözləri aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, təhsil sahəsində görülən tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını aldı.


Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsində 600 min şagird və 50 min müəllim qeydiyyatdan keçib.

Nazir qeyd edib ki, “Virtual məktəb” şagirdlərin onlayn tədrisdə daha fəal olmalarına imkan verir.


Ceyhun Bayramovun sözlərinə görə, koronovirus pandemiyası dövründə Azərbaycanda 95 min tələbə onlayn platformalar üzərindən təhsil alır.

Təhsil Nazirliyinin 146-3 qaynar xəttinə 700-dən artıq müraciət daxil olub.

Ceyhun Bayramov deyib  ki, qaynar xətdə müraciət edənlərə lazımi psixoloji yardım göstərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır