Modern.az

Abituriyentlərə şad xəbərQəbul imtahanına son iki ayın dərs proqramları salınmayacaq

Abituriyentlərə şad xəbər - Qəbul imtahanına son iki ayın dərs proqramları salınmayacaq

27 Aprel 2020, 18:05

"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il də imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı".

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

 

C.Bayramov qeyd edib ki, tədris olunmayan mövzular imtahana salınmayacaq:

 

"Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər".

 

Nazir müavini Məhəbbət Vəliyeva əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlara uyğun formada olur:

 

"Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmuna çox az yer verilir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır