Modern.az

Koronavirusdan sonra insanlar mikroçiplə idarə ediləcək?

Koronavirusdan sonra insanlar mikroçiplə idarə ediləcək?

Dünya

28 Aprel 2020, 17:02

Konspiroloji nəzəriyyə tərəfdarları koronovirus pandemiyasının yayılmasında dünya elitasının birbaşa rolunun olduğunu iddia edirlər. Onların fikrincə, Bil Geyts, Varren Baffet və Rokfeller klanının ümumi məqsədi dünyada kütləvi peyvəndləmə keçirməkdir. Nəticədə əhalinin 15-95%-nin ölümünə nail olmaq, sağ qalanları isə bədənə yeridilən mikroçip və 5G şəbəkəsinin köməyi ilə idarə etmək mümkün olacaq.

 

Maraqlıdır indiyədək elə mikroçip hazırlanıb ki, onun vasitəsi ilə insanı idarə etmək mümkün olsun? Ümumiyətlə belə texnologiyanın mövcudluğu nə dərəcədə realdır?

 

Bu barədə Modern.az-a danışan “İT və İT Təhlükəsizlik Ekspert Qrupu”nun sədr müavini İlqar Əliyev bildirib ki, mikroçiplə insan idarəsi fantaziyadır, ümumiyyətlə çipin bədənə yerləşdirilməsinin ağır nəticələri ola bilər:

 

“İnsanların bədənlərinə teorotip olaraq mikroçip qoyula bilər. Amma bununla insanı idarə etmək mümkün deyil. Çünki texnologiya başqa, insan fiziologiyası başqa. Mikroçip və 5G texnologiyası ilə insanın idarə olunması fantastikadır. İnsanın genetik kodu ilə 5G texnologiyası arasında elə bir aslılıq yoxdur. Sadəcə olaraq insanın müəyyən sinir və orqanlarında müəyyən sensorlar yerləşdirilə bilər ki, təzyiq, ürək döyüntüsü ölçülsün, şəkərdə olan qlükoza müəyyənləşdirilsin və daha sürətlə ötürsün. Yəni 5G-nin üstünlüyü budur, sürətlə informasiyanın şəxsə ötürülməsi.

Bu vasitədən də biz ağıllı saatlar, bilərziklər və müəyyən çiplərlə bu gün də istifadə edə bilərik. Qısası onu deyə bilərəm ki, 5G texnologiyası ilə insanın idarə olunması bu gün mövcud deyil. Laborotoriya təhlilləri nəticəsində də elə bir sübut yoxdur ki, insanların orqanları ilə uzlaşa biləcək çip yaradılsın və bədənə yerləşdirilsin. Mikroçipin bədənə yerləşdirilərkən sağlamlığa təsirinə gəldikdə isə laborotoriya araşdırmaları göstərir ki, ümumiyyətlə telefonla daha çox təmasda olan insanlarda orqanizmdə narahatlıq, müxtəlif problemlər yaranır. Əgər mikroçip bədənə yerləşdirilərsə, bunun fəsadları ağır olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir