Modern.az

Ronaldu İtaliyaya qayıtmaqdan imtina etdi

Ronaldu İtaliyaya qayıtmaqdan imtina etdi

Dünya

28 Aprel 2020, 17:14

“Yuventus” klubunun və Portuqaliya yığma komandasının hücumçusu Kriştianu Ronaldu İtaliyanın Turin şəhərinə dönməkdən imtina edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ailəsi ilə vətəni Madeyra adasında qalır. O, məşqlərin başlanacağı tarixdə şəxsi təyyarəsi ilə adaya dönməyə hazır olduğunu bəyan edib.

 

 O, “Yuventus”a göndərdiyi məlumatda maynı 4-də Turinə dönəcəyini amma bunu yalnız klubların baza məşqlərinə başlanmasına icazə veriləcəyi təqdirdə edəcəyini əlavə edib.

İnsult keçirən anasına qulluq edən futbolçu Portuqaliya xəstəxanalarına 1 milyon avrodan artıq yardım da ayırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar