Modern.az

Saakaşvilinin təqdimatı geri götürülüb?

Saakaşvilinin təqdimatı geri götürülüb?

Dünya

28 Aprel 2020, 18:43

Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş Nazirin müavini təyin edilməsi ilə bağlı Ali Radaya göndərdiyi təqdimatı geri götürüb.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “censor.net.ua” saytının baş redaktoru Yuri Butusov feysbukda yazıb.

 

Qeyd olunub ki, həmin məlumatı Saakaşviliyə yaxın mənbələr də təsdiqləyib.

 

Y.Butusovun sözlərinə görə, buna Ali Radada sözügedən təyinatı dəstəkləyən deputatların sayının az olması və Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq şəkildə Saakaşvilini dəstəkləməməsi səbəb olub. Baş redaktor qeyd edib ki, Ukrayna hakimiyyəti Gürcüstanın sabiq prezidentinin namizədliyini Odessanın meri postuna irəli sürmək niyyətindədir.

 

Xatırladaq ki, Saakaşvili daha əvvəl Prezident Zelenskinin ona Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etdiyini bildirib. Gürcüstan hökuməti isə bu təyinatın baş tutacağı təqdirdə Ukraynadakı səfirini geri çağıracağını bəyan edib.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü