Modern.az

Dünyada koronavirusa yoluxma və ölüm hallarının sürəti zəifləyib: RƏQƏMLƏR

Dünyada koronavirusa yoluxma və ölüm hallarının sürəti zəifləyib: RƏQƏMLƏR

Dünya

29 Aprel 2020, 09:00

Aprelin 29-u səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxan insanların ümumi sayı 3 milyon 138 min886 nəfər təşkil edir.

Modern.az COVID-19 barədə statistika aparan Worldometers saytına istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 218 min nəfəri ötüb. 956 min 57 nəfər isə sağalıb.


Yoluxma hallarına görə yenə ABŞ birincidir – burada 1 milyon 35 min 765 nəfərdə virus aşkarlanıb.

Xəstələrin sayına görə ikinci yerdə İspaniya (232 min 128 nəfər), üçüncü yerdə isə İtaliya (201 min 505 nəfər) gəlir.

Rəqəmlər göstərir ki, son günlər dünyada koronavirusa yoluxma, ölüm hallarının sürəti əvvəlki zamanla müqayisədə xeyli zəifləyib.

Xatırladaq ki, 2019-cu ilin sonlarında Çinin Hubey əyalətinin Uxan şəhərində yeni koronavirusun səbəb olduğu xəstəlik sürətlə yayılmağa başlayıb və tez bir zamanda demək olar ki, bütün dünyanı bürüyüb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü