Modern.az

Xəstəxanaya basqın edib, yaralıların boğazlarını kəsdilər – DETALLAR

Xəstəxanaya basqın edib, yaralıların boğazlarını kəsdilər – DETALLAR

29 Aprel 2020, 11:32

Ermənistanın Qavar şəhərində ötən axşam qeydə alınan atışmanın detalları üzə çıxıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qeqarkunik vilayətinin Qavar şəhərində yerli vaxtal 17:30-da 2 tərəf arasında atışma olub. Bu zaman 33 yaşlı Noratus kənd sakini Vaqe Avetisyan və 31 yaşlı Qavar sakini Zoqrab Paronikyan öldürülüb,  6 nəfər isə yaralanıb.

 

Hadisə yerində polis araşdırması aparılan zaman saat 21:30-da silahlı qrup xəstəxanaya basqın edərək yaralılar – 39 yaşlı Armen Aytyan və 38 yaşlı David Aytyanın boğazını kəsərək öldürüblər.

 

Hadisə yerinə vilayətin qubernatoru Qnel Sanosyan, polis rəsisi və xüsusi təyinatlı qüvvələr göndərilib. İnsidentin bir neçə il əvvəl baş verən qətldən yaranan qana davası olduğu ehtimal edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir