Modern.az

Sabiq prezidentin məhkəməsi başlayıb

Sabiq prezidentin məhkəməsi başlayıb

10 Yanvar 2010, 17:12

İsrailin keçmiş prezidenti Moşe Katsavın məhkəməsi başlayıb. Modern.az-ın Rusiya  mətbuatına istinadən verdiyi məlumata görə, sabiq prezident artıq ilk  ifadəsini verib.   
Katsavın məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlarla bağlı nələr söylədyi hələlik açıqlanmır. Dindirilmələr qapalı şəratidə davm edir. İclasdan əvvəl isə sabiq prezident jurnalistlərlə danışmaqdan imtina edib.
Sabiq prezidentin məhkəməsi may ayında başlayıb. Bir qədər sonra isə dinləmələrin sentyabr ayına keçirilməsi barədə qərar qəbul olunub. Katsavın vəkilləri yay dinləmələrində iştirakdan imtina ediblər. Onlar məhkəmə iclaslarına hazırlaşa bilməyəcəklərini deyiblər. Vəkillər dinləmələrin həftədə 4 dəfə deyil, 3 dəfə keçirilməsini tələb ediblər. 
Sentyabr ayında başlayan dinləmələrdə yalnız zərərçəkən ifadə verib. Katsav isə dinləmələrə yalnız indi qatılıb. O həftədə 3 dəfə 8 saat məhkəmədə olacaq.
Analitiklər hesab  edir ki, proses martda yəhudi bayramlarından əvvəl başa çatacaq.    
Sabiq prezidentin seksual qalmaqalda iştirakına dair ilk məlumat mətbuatda 2006-cı ildə yayılıb. O vaxt prezident postunda olan Katsav özü polisə müraciət edib. O bəyan edib ki, əməkdaşlarından biri onu seksual zorlama ittihamı ilə şantaj edir.  Polis zərərçəkən tərəfin şikayətini əsassız hesab edib. Bundan sonra prezidentin xahişi ilə onu 3 aylığa tutduğu vəzifədən azad ediblər.

2007-ci ildə Katsav istintaq orqanı ilə razılaşma imzalayaraq özünü ona qarşı irəli sürılmüş ittihamın bəzi bəndləri üzrə müqəssir hesab etməyə və istefa verməyə razılıq verib. Bunun qarşılığında polis onu təqib etməkdən vaz keçib.

Lakin 2008-ci lin yazında Katsav istintaq orqanı ilə əldə olunmuş razılığı pozub və tam bəraət almaq istədiyini bildirib. Bundan sonra isə istintaq davam edib və ötən ilin martında sabiq prezidentə qarşı Turizm Nazirliyinin əməkdaşı olan qıza, Prezident Aparatının 2 işçisinə qarşı 2 epizodda ittiham irəli sürülüb. Bundan başqa, sabiq prezident şahidlərə təzyiqlər göstərməkdə və məhkəmənin işinə mane olmaqda  ittiham olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir