Modern.az

İki deputata yeni vəzifə verildi: Fəzail İbrahimli sədr, Ceyhun Məmmədli müavin seçildi

İki deputata yeni vəzifə verildi: Fəzail İbrahimli sədr, Ceyhun Məmmədli müavin seçildi

Parlament

29 Aprel 2020, 12:18

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı (İƏT Pİ) nümayəndə heyətinin tərkibi məlum olub.

Modern.az xəbər verir ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar  – Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Tahir Kərimli daxildir.
 
Nümayəndə heyətimizə Milli Məclisin sədr müavini Fəzail İbrahimli rəhbərlik edəcək.

Millət vəkili Ceyhun Məmmədov isə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycanı nümayəndə heyəti rəhbərinin müavini kimi çalışacaq.

“Milli Məclisin rəhbərliyinə göstərilən yüksək etimada görə təşəkkürümü bildirir, nümayəndə heyətinin tərkibində yer alan bütün deputat həmkarlarımı təbrik edirəm”, -deyə C.Məmmədov Modern.az-a bildirib.

“Fəaliyyətimizi Prezidentimiz cənab İlham Əliyevin Milli Məclisdəki çıxışında müəyyənləşdirdiyi istiqamətlərə uyğun quraraq, ölkəmizin bu qurumda yüksək səviyyədə təmsil olunması, Qarabağ həqiqtələrinin təbliği, erməni yalanlarının ifşası, müsəlman ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, bu quruma üzv ölkələrin təcavüzkar Ermənistanla əməkdaşlıq etməməsi üçün bütün gücümüzlə çalışacağıq”,- C.Məmmədov əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu