Modern.az

İrəvana terrorçulara dəstək ittihamı

İrəvana terrorçulara dəstək ittihamı

Dünya

2 May 2012, 16:14

"Ermənistan PKK-nı silahla təchiz edir"       

“Ermənistan və İran PKK terrorçuları təchiz edir. Rusiya istehsalı olan silahlar Ermənistan ərazisindən keçməklə terrorçulara çatdırılır. İran isə öz istehsalı olan silahları PKK-ya ötürür”.
Bu sensasion məlumatı Turkiyənin “Sabah” qəzeti yayıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin bir müddət əvvəl Hakkari vilayətində keçirdiyi əməliyyat zamanı bir qrup PKK silahlısı məhv edilib, bir neçəsi isə sağ ələ keçirilib. Saxlanılar bildiriblər ki, silah-sursatı İranın dəstəyi ilə alıblar. Son zamanlar 400-dən çox silahlı isə İran-Ermənistan sərhədinə köçürülüb.

Qeyd edək ki, əvvəllər PKK terrorçularının Ermənistana keçmək üçün seçdiyi marşrutlardan biri məhz Azərbaycanın işğal altındakı əraziləri olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!