Modern.az

Daha bir MDB ölkəsi rus soyad sonluqlarından İMTİNA ETDİ

Daha bir MDB ölkəsi rus soyad sonluqlarından İMTİNA ETDİ

Dünya

29 Aprel 2020, 16:38

Tacikistan parlamentinin aşağı palatası yeni doğulan uşaqların soyad və ata adlarında rus mənşəli sonluqların qadağan olunması barədə qanun qəbul edib.

 

Modern.az xəbər verir ki, qərar milli azlıqlara və qanun qəbul olunana qədər doğulanlara şamil olunmayacaq.

“Doğum haqqında şəhadətnamədə rus dili üçün xarakterik – “viç”, “vna), “ov”, “ova”, “yev”, “yeva” kimi suffikslər çıxarılacaq. Qərar milli azlıqlara şamil edilmir”-deyə qərarda deyilir.

 

Rus dilindəki soyad sonluqlarının yerinə “zod”, “zodə”, “on”, “yön”, “duxt”, “pur” və “far” kimi milli tacik sonluqları əlavə ediləcək.

 

Hələ 2007-ci ildə ölkə prezidenti İmamoli Rəhmanov soyadını dəyişərək İmamoli Rohmon etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır