Modern.az

Cənazə namazına qatılan 45 nəfər koronavirusa yoluxdu

Cənazə namazına qatılan 45 nəfər koronavirusa yoluxdu

Dünya

29 Aprel 2020, 17:10

Türkiyədə cənazə namazına qatılan 45 nəfər koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, ölkənin Nevşehir bölgəsinin Ürgüp mahalının Taşkınpaşa kəndində cənazə namazından sonra 45 nəfərdə koronavirus aşkarlanıb.

 

Belə ki, 8 gün əvvəl karantinə alınan kəndin kənd sakinləri bu yaxınlarda dünyasını dəyişən kənd sakini Rıza Uzunun cənazə namazına qatılıblar. Kənd sakinləri ibadət zamanı sosial məsafə qaydalarına əməl etmədiklərindən koronavirusa yoluxma şübhəsi artıb. Bundan sonra tibbi heyət tərəfindən aparılan yoxlamalar zamanı sakinlərdən 45 nəfərdə koronavirus faktı təsdiqlənib.

 

Qeyd edək ki, karantin qaydalarına əməl olunmaması ilə bağlı Ürgüp bələdiyyəsi kütləvi cənazə namazını qılmağa icazə verən kənd muxtarı Emin Esentürk, muxtarlıq üzvləri və namazı qıldıran imamla bağlı istintaq başladıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı