Modern.az

Koronavirusa qarşı vaksin nə vaxt hazır olacaq? - Tarix AÇIQLANDI

Koronavirusa qarşı vaksin nə vaxt hazır olacaq? - Tarix AÇIQLANDI

Dünya

30 Aprel 2020, 11:06

ABŞ hökuməti koronavirusa qarşı vaksinin hazırlanmasını sürətləndirəcək.

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, adı açıqlanmayan Ağ Ev əməkdaşı prezident Trampın layihənin sürətləndirilməsi barədə göstəriş verdiyini əlavə edib.

 

Layihənin özəl farmasevtik şirkətlər, dövlət və hərbi müəssisələr birlikdə hazırlayacaq. Dövlət vaksin testlərinin heyvanlarda keçirilməsini tezləşdirəcək. Klinik testlər bir neçə vaskin nümunəsi ilə aparılacaq ki, nəticə daha tez əldə edilsin.  

Məqsəd yanvara kimi COVİD-19-a qarşı peyvənd əldə edərək 300 milyon hazır peyvənd əldə etmək olacaq. Layihəyə dövlət tərəfindən milyonlarla dollar əlavə vəsait ayrılıb.

 

Xatırladaq ki, bundan öncə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirsa qarşı peyvəndin 12-18 ay ərzində hazır olacağını elan etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?