Modern.az

Azərbaycana qarşı yeni TƏXRİBAT: BMT qondarma rejimin 2 “sənəd”ini YAYDI

Azərbaycana qarşı yeni TƏXRİBAT: BMT qondarma rejimin 2 “sənəd”ini YAYDI

Qarabağ

30 Aprel 2020, 12:54

BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib.

 

Modern.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin daha 2 "sənəd"i yayımlanıb.

 

Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin yaydığı həmin "sənədlər"dən biri (//undocs.org/ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir.

 

İkinci “sənəd”də isə (//undocs.org/ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün “qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

 

Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü