Modern.az

“Dərs ili vaxtından əvvəl başlaya bilər” - Məhəbbət Vəliyeva

“Dərs ili vaxtından əvvəl başlaya bilər” - Məhəbbət Vəliyeva

Təhsil

30 Aprel 2020, 13:00

Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibə verərkən deyib.

 

Onun sözlərinə görə, əslində, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır:

 

“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür