Modern.az

Prezident “Əl-Qaidə”yə dialoq təklif edir

Prezident “Əl-Qaidə”yə dialoq təklif edir

Dünya

10 Yanvar 2010, 18:25

Yəmən prezidenti Əli Abdullah Salih silahı yerə qoyacaqları və terror aksiyalarından imtina edəcəyi təqdirdə, “Əl-Qaidə” təşkilatının üzvləri ilə dialoqa hazır olduğunu bildirib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Yəmən prezidenti bu barədə Əbu Dabi televiziyası ilə çıxışında bildirib. O, ”Əl-Qaidə” də daxil olmaqla zorakılqdan və terrorçuluq fəaliyyətindən vaz keçən digər qruplaşmalarla anlaşmaya hazır olduğunu deyib. Prezident əlavə edib ki, Yəmən təhlükəsizlik qüvvələri terror və zorakılıq səylərini davam etdirən qrupları hər yerdə təqib edəcək.

 

 

Qeyd edək ki, ABŞ  “Əl-Qaidə” ilə mübarizəni gücləndirmək məqsədilə Yəmənə maliyyə yardımları ayırıb. ABŞ Yəməndəki “Əl-Qaidə” üzvlərinin qlobal bir təhdid halına gəldiyini düşünür.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır