Modern.az

Milli Məclis yeni Baş prokurorun təyinatına razılıq verdi

Milli Məclis yeni Baş prokurorun təyinatına razılıq verdi

1 May 2020, 11:20

Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. 

 

Modern.az-ın xəbərinə görə, məsələ səsə qoyulub.  

 

Deputatlar səsvermədə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər. 

 

Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir